lider-media.az

Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlığa dair memorandum imzalanıb

Baxış: 596 Tarix: 17-09-2024, 15:02

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Lider-media.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, 17 sentyabr tarixində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinə qəbul, yeni ixtisasların açılması üçün təkliflərin hazırlanıb təqdim olunması və məzunların göstəricilərinin statistik məlumatlar əsasında təhlili, əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması, aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi