lider-media.az

Vətəndaş qəbulu

Baxış: 411 Tarix: 17-09-2024, 14:35

             

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə nazir, komitə sədrlərinin iştirakı ilə vətəndaş qəbulu davam edir. Bu da vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır.

Növbəti qəbul Kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən olacaq. Belə ki, nazir M.Məmmədov sentyabrın 23-ü saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.Qurumdan Lider-media.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-454-03-85) müraciət edə bilərlər.Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi