lider-media.az

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq

Baxış: 408 Tarix: 16-09-2024, 16:35

  Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənc hüquqşünasların aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

  Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2024-cü il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.

  Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

  Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər. 

  Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.

  Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi