lider-media.az

Qusarda hakimlər üçün mülki hüquq və mülki proses üzrə təlimlər keçirilir

Tarix: 16-09-2024, 16:05

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, Ural Dövlət Hüquq Universitetinin professoru Konstantin Branovitskiy tərəfindən Qusarda hakimlər üçün mülki hüquq və mülki proses üzrə təlimlər keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatıa görə, beş gün müddətində keçiriləcək təlimlərdə müxtəlif instansiyalar üzrə 13 hakim iştirak edir. Təlimlər hakimlərin təlimçi kimi bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur. Təlim iştirakçıları gələcəkdə hakimlərin tədrisi prosesinə təlimçi kimi cəlb ediləcəklər.Həmçinin yaxın vaxtlarda digər qanunvericilik sahələri üzrə də təlimlərin keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və həmin çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

  Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi