lider-media.az

Təhsil naziri Xocalıda

Baxış: 418 Tarix: 16-09-2024, 11:47

Lider-media.az xəbər verir ki, Elm və təhsil naziri Emin  Əmrullayev Xocalıda məktəb açılışında iştirak edib. Nazir Emin Əmrullayev Xocalı şəhər 1 saylı tam orta məktəbin açılışında olub.32 illik fasilədən sonra Xocalıya köçürülən sakinlər ilk tədris ilini yenidən qurulan və ən müasir tələblərə cavab verən yeni tədris binasında keçirəcəklər.  Nazir çıxışında məktəb kollektivini bu münasibətlə təbrik edib və onlara uğurlar arzulayıb. Xatırladaq ki, Xocalı şəhər 1 saylı tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbəhazırlıq qrupunda beş, I sinifdə səkkiz, II-XI siniflərdə isə 21 şagird olmaqla, ümumilikdə 34 şagird tədrisə başlayıb. Məktəbdə dərslər 16 müəllim tərəfindən tədris ediləcək.

Video link: https://www.youtube.com/watch?v=von708dBzKE


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi