lider-media.az

Şuşada 32 ildən sonra ilk zəng

Baxış: 387 Tarix: 16-09-2024, 09:49

Şuşa şəhərində illər sonra ilk zəng çalınıb.

Lider-media.az xəbər verir ki, 32 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 şagird yerlik, 5 blok 3 mərtəbəlidir. Müasir tələblər səviyyəsində inşa edilən məktəb hər biri 24 şagird olmaqla 40 sinif otağından ibarətdir. Bu gün yeni tədris ilində Şuşa şəhərində 113 şagird öz təhsilinə başlayır. Şagirdlərin təhsili 18 müəllim heyəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya növbəti mərhələdə əhalinin köçürülməsinə məktəbdə şagirdə və müəllim sayıda artacaq.

 

                                                                                  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi