lider-media.az

Avropada 6 nəfər “Boris”in qurbanı oldu

Baxış: 275 Tarix: 15-09-2024, 22:48

 

Şərqi və Mərkəzi Avropada ən azı altı nəfər “Boris” qasırğasının qurbanı olub.
Lider-media.az xəbər verir ki, bu barədə Rumıniyanın “Libertatia” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təbii fəlakət nəticəsində Rumıniyada 4, Polşada 1, Avstriyada isə 1 nəfər həlak olub. Daha bir nəfər itkin düşənlər siyahısındadır.

Bundan əlavə, fırtınanın beş mindən çox şəxsi yaşayış evini tamamilə məhv etdiyi və ya zədələdiyi iddia edilir. Rayonun bəzi çaylarında suyun səviyyəsi iki dəfədən çox artıb ki, bu da onlarla yaşayış məntəqəsini daşqın təhlükəsi ilə üz-üzə qoyur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi