Rusiya Ukraynanın çağırışlarına nə cavabı verəcək? – POLİTOLOQ AÇIQLADI
“Hazırda görünün odur ki, hər iki tərəf, Rusiya və Ukrayna sülhün əldə olunması üçün onlara sərf edən yolları və vasitəçiləri axtarırlar”.
Bu sözləri Lider-media.az-a verdiyi açıqlamada politoloq Amid Əliyev deyib.
O bildirib ki, Ukraynaya bu müharibəni davam etdirmək o qədər də sərf etmir. İnsan resursu tükənir, maddi və mənəvi dayaqlar silkələnib, ölkənin yarısı işğal olunub, bütün infrastruktur məhv olub. Qarşı tərəfdə isə uduzmaq bilməyən Rusiya var.
Politoloq Rusiyanın Ukrayna üzrə ikinci sammitdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib:
“Rusiya üçün də eyni məqamları və daha başqa məzmunla söyləmək olar. Müharibə fonunda sanksiyaların tətbiqi Rusiya üçün xususilə də iqtisadi sahədə əlavə çətinliklər yaradır. Nəqliyyat xətləri Rusiyanın kənarından keçməyə məcbur edilir. Dünya birliyi Rusiyadan uzaqlaşır ki, bu da mənfi Rusiya obrazı yaradır. Hesab etmək olar ki, Ukrayna tərəfindən edilən dəvət Rusiya üçün də sərfəli ola bilər. Amma, Rusiya getmək istəmir ki, bunun arxasında Qərb dayanır və təkliflər də ordan gələcək. Bu səbəbdən də Rusiya bu dəvəti qəbul etməyə bilər. Bunun üçün elə vasitəçi və məkan olmalıdır ki, Rusiya həmin formatı qəbul etsin. Əks halda bu tərəddüdlü və anlaşılmaz vəziyyət beləcə də davam edə bilər”.
Politoloqun fikrincə, Rusiya bu tədbirdə iştirak etsə belə, öz şərtlərindən geri çəkilməyəcək ki, bu da vəziyyəti daha da ağırlaşdıracaq. Çünki, hər vəchlə Rusiya bu oyundan qalib və uduşlu çıxmağa hazırlaşır. Son zamanlar cəbhədə baş verən aktivlik fonunda Rusiyanın bu çağırışa müsbət yanaşmasını da gözləmək olar. Lakin əsas məsələ budur ki, Rusiya bu mührubədə uduzmuş dövlət statusunu qəbul etməyəcək.