lider-media.az

Ermənistanın eks-prezidentinə qarşı iş yenidən açıldı

Baxış: 231 Tarix: 13-09-2024, 23:34


Ermənistan Kassasiya Məhkəməsi eks-prezident Köçəryana qarşı işi yenidən açılıb. 

 

Lider-media.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

 

“Robert Köçəryan və digərlərinin işi üzrə apellyasiya məhkəməsinin qərarı ləğv edilərək, yeni mühakimə üçün korrupsiyaya qarşı mübarizə məhkəməsinə göndəriləcək” deyə məlumatda qeyd edilib. 

 

Xatırladaq ki, 2021-ci ilin iyununda İrəvan məhkəməsi Köçəryana qarşı 2008-ci ilin martında etirazları dağıtmaq üçün konstitusiya quruluşunun devrilməsi maddəsi ilə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi