lider-media.az

Şəhid ailələri və qazilərimiz Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün fəxri qonaqlarıdır

Baxış: 317 Tarix: 13-09-2024, 17:06

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

Ötən il olduğu kimi bu il də möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. Onlar Formula 1 Qatar Aiways Azərbaycan Qran Prisi 2024-ü 3 gün ərzində canlı izləyə biləcəklər.   

Artıq 3-cü ildir ki, bu mötəşəm idman tədbirinə dəvət olunan fəxri qonaqlarımız builki yarışı Azneft və Qız Qalası tribunalarından izləyir.

44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhidlərimizin ailə üzvlərini və qazilərimizi mötəbər idman yarışında, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi