lider-media.az

BANM-də 18 ölkənin gənc liderlərinin iştirakı ilə panel müzakirələri aparılıb

Tarix: 13-09-2024, 12:00

Bakıda keçiriləcək COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc liderlər vasitəsilə ətraf mühit siyasətinin dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunun panel müzakirələri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Bu barədə BANM-dən məlumat verilib. Qeyd olunub ki, 18 ölkədən gələn gənclərin iştirakı ilə keçirilən müzakirələrdən öncə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin hər zaman ekoloji məsələlərə xüsusi önəm verdiyini vurğulayıb. Bildirilib ki, BANM-in kampusunun ərazisi tamamilə yaşıllaşdırılıb və burada müasir ekoloji standartlara uyğun yaşayış mühiti yaradılıb. Rektor vurğulayıb ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər BANM-i seçirlər. Bu il də BANM qəbul nəticələrinə görə yenidən ölkə birincisidir. Elmar Qasımov əlavə edib ki, Azərbaycan neft ixrac edən ölkədir. Ancaq yaşıl enerjiyə keçid də ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu istiqamətdə çox böyük işlər aparılır.

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Asif Əsgərli panel müzakirələrinə ev sahibliyi etdiyinə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə minnətdarlığını bildirib.  

Daha sonra qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, ekokönüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri davam etdirilib.

Forum Gənclər Fondunun maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi