lider-media.az

Energetika naziri Xaçmazda vətəndaşlarla görüşüb

Baxış: 493 Tarix: 12-09-2024, 16:31

Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində vətəndaşlarla görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların enerji təchizatı, elektrik enerjisi verilişində fasilələrin yaranması, qaz təchizatı, təbii qazdan istifadəyə görə borc və cərimələrin yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşdə Xaçmaz rayonu ilə yanaşı Bakı, Sumqayıt şəhərləri, Abşeron, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan 13 vətəndaş iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi