lider-media.az

Bayden artıq Trampı dəstəkləyir

Baxış: 324 Tarix: 12-09-2024, 15:18

 

ABŞ prezidenti Cozef Bayden prezidentliyə namizəd Donald Trampın kampaniyasına aid papaq taxıb. 


Lider-media.az xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb. 


Bildirilib ki, o, bunu Pensilvaniyadakı yanğınsöndürənlərlə görüşü zamanı edib.
ABŞ prezidentinin gülümsəyərək üzərində “Tramp 2024” yazılmış qırmızı papağı taxması görüntüləri internetdə sürətlə yayılıb.  
Trampın kampaniyası fotonu öz sosial şəbəkələrində paylaşaraq "Dəstəyinə görə təşəkkürlər, Co" sözlərini yazıb. 
Fotolara internet istifadəçiləri tərəfindən saysız şərh gəlib. "Yuxulu Co, Tramp komandasına xoş gəlmisiniz!" deyə onlar yazıblar. Başqa bir istifadəçi isə Baydenin həmin papağı taxmağını "bütün siyasi karyerasında etdiyi ən ağıllı şey" adlandırıb. 
Bayden administrasiyası məsələ ilə bağlı açıqlama verərək bildirib ki,  prezident iki partiyalı birliyi təşviq etmək üçün kortəbii jest edib.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi