lider-media.az

Pezeşkian ilk xarici səfərini niyə İraqa etdi? - Politoloqdan İLGİNC AÇIQLAMA

Baxış: 380 Tarix: 11-09-2024, 23:21

 


“İran prezidentinin ilk xarici səfəri İraqa etməsində qeyri adi bir şey yoxdur. Prinsip etibarilə İraq İrandan sonra şiə nüfuzunun ən çox yaşadığı  ölkədir”.


Bu sözləri Lider-media.az-a verdiyi açıqlamada politoloq Turan Rzayev deyib. O bildirib ki, İraq bu gün İrana çox yaxındır. Yəni odur ki, hökumətin də İranla müsbət əlaqələri var.  
“İranın bu gün rəsmi səfər edə biləcəyi ölkələrin sayı o qədər də çox deyil. Buna görə də, ən yaxında yerləşən İraqa gedib. Burada bir məsələ də var ki, İraq İrandan daha çox şiələrin müraciət etdiyi bir ölkədir. Kərbəla və Nəcəf şəhəri bu ərazidə yerləşir. Üçüncü şiə, müqəddəs şəhəri isə Məşədidir. Yəni əslində bu, həm də İran prezidentinin İraqa səfəri kimi deyil də bir növ İmam Hüseynin qəbrinin olduğu ölkəyə bir növ ziyarət kimi qiymətləndirilməlidir. Bu baxımdan da əslində bu səfərdə qeyri adi heç nə yoxdur”. 

Analitikin sözlərinə görə, onsuz da İran prezidentləri xarici siyasətdə təsiredici mexanizm deyil. Yəni burada prezident institutu qərarverici yox, icraedici mexanizmə sahibdir. Yəni qərarları ali dini liderlər verir. Onsuz da indi də bu belədir. Yəni Pezeşkianın prezident seçilməsi heç nəyi dəyişmir. Əksinə, bu, İran fars elitasının hiyləgər addımlarından biridir. “Bu səfər çərçivəsində İranın verdiyi mesaj budur ki, xarici siyasətdə elə də ciddi dəyişikliklər olmayacaq. Pezeşkianın prezident olması mövcud İran xarici siyasətinin dəyişməsinə gətirib çıxarmayacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi