lider-media.az

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM

Tarix: 11-09-2024, 15:14

 

Prezident İlham Əliyev “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Lider-media.az xəbər verir ki, Sərəncama əsasən, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.

Bu baxımdan cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif olunacaq iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.

Nazirlər Kabinetinə Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti, həmçinin fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını, habelə layihə hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi