lider-media.az

Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı açıqlanıb

Baxış: 567 Tarix: 10-09-2024, 18:29

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Lider-media.az-a bildirilib ki, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 6 tələbə 2024-2025-ci tədris ilində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlə təhsil almaq hüququ qazanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər təhsilin idarəolunması və biznesin idarəolunması, türkşünaslıq, geofizika mühəndisliyi, marketinq və turizm menecmenti ixtisasları üzrə “Ankara Üniversitesi”, “Akdeniz Üniversitesi”, “İstanbul Üniversitesi”, “Hacettepe Üniversitesi”, “İstanbul Teknik Üniversitesi” kimi nüfuzlu ali təhsil müəssisələrində tədqiqat aparacaqlar.
Qeyd edək ki, müvafiq təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi