lider-media.az

Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb

Baxış: 285 Tarix: 10-09-2024, 12:07

Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb

Milli Kitabxanada “Professor İsrafil İsrafilov” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgi Əməkdar incəsənət xadimi professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə açılıb.

Kitabxanadan verilən məlumata görə, sərgidə alimin müəllifi olduğu əsərlər, tərtib və redaktə etdiyi kitablar Azərbaycan və rus dillərində ədəbiyyatlar nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, İsrafil İsrafilov "Həyatın səhnəsi, səhnənin həyatı", "Düşündüklərim", "Zaman. Rejissor. Poetika", "Ədil İsgəndərovun teatrı", "Mehdi Məmmədovun rejissor sənəti", "Sən nə üçün yaşayırsan?" (rus dilində) adlı monoqrafiyaların müəllifidir. "Azərbaycan milli rejissor sənətinin poetikası" kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilib.

Ayrı-ayrı illərdə "Qızıl qələm", "Qızıl dərviş", "Humay" mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb. Elmi-tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi