lider-media.az

İtaliyanın ən böyük buzlağı 2040-cı ilədək yoxa çıxacaq

Tarix: 9-09-2024, 20:25

İtaliyanın ən böyük buzlağı 2040-cı ilədək yoxa çıxacaq

İtaliyanın şimal-şərqindən keçən Alp dağlarının Marmolada zirvəsindəki buzlaq 2040-cı ilə qədər yoxa çıxacaq.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu proqnozla Padua Universitetinin alimləri çıxış ediblər.

Mütəxəssislərin fikrincə, Dolomitlərdəki ən böyük buzlaqla bağlı vəziyyət getdikcə dramatikləşir, qalınlığı nəzərəçarpacaq dərəcədə azalır. Buzlaq gündə 7-10 santimetr əriyir.

Bildirilir ki, təxminən 136 il əvvəl buzlaq 500 hektar ərazini əhatə edirdi və 700 futbol meydançası böyüklüyündə idi. Son 5 ildə o, 70 hektar və ya təxminən 98 futbol meydançasına bərabər olan ərazini itirib. 1888-ci ildən bəri isə buzlağın qalınlığı 3500 metrdən 1200 metrə geriləyib. Həmin dövrdən bu yana buzlaq ərazisinin 80 faizdən, həcminin isə 94 faizdən çoxunu itirib.

Araşdırmaya görə, buzlağın qalan ömrü 13-22 il arasında qiymətləndirilir. 2024-cü ildə buzlağın maksimum qalınlığı 34 metr olacaq.

Qeyd edək ki, son dövrlərdə xüsusilə də İtaliyanın şimalında anomal istilər və quraqlıq müşahidə olunur. Marmolada zirvəsində havanın temperaturunun 10 dərəcə ilə ən yüksək həddə çatdığı bildirilir. Marmoladanın zirvəsindəki buzlaq İtaliyanın ən böyük buzlaqlarından biri sayılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi