lider-media.az

Azərbaycanda sentyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb

Baxış: 318 Tarix: 9-09-2024, 13:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lider-media.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi