lider-media.az

“Qazprom Neft”in rəhbəri “OPEC+”a çağırış etdi

Baxış: 222 Tarix: 5-09-2024, 15:57

 

“OPEC+” neft hasilatının səviyyəsi ilə bağlı kortəbii qərarlar qəbul etməməlidir”. 


Lider-media.az xəbər verir ki, bu fikirləri jurnalistlərə verdiyi açıqlamada “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov deyib. 
“Mənə elə gəlir ki, siz heç vaxt emosiyalara əsaslanan kortəbii qərarlar qəbul etməməlisiniz, təhlil aparmaq və vəziyyəti qiymətləndirmək üçün hələ oktyabr ayına qədər vaxtınız var” deyə o, “OPEC+”a çağırış edib.
“OPEC+ dəfələrlə təsdiqləyib ki, bu (son günlər neftin qiymətinin düşməsi), qlobal neft bazarında sabitliyin qorunması üçün effektiv mexanizmdir, əgər hər hansı düzəldici addımlar atılmalıdırsa, əminəm ki, sazişdə iştirak edən ölkələr bu addımları atacaqlar” deyə rəhbər əlavə edib. 
Qeyd edək ki, 2024-cü ilin oktyabrından Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz “OPEC+” ölkəsi neft hasilatını tədricən bərpa etməyə başlamağı planlaşdırır. 2024-cü ilin birinci rübündən etibarən bu ölkələr könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaltmağa başlayıb. Eyni zamanda, “OPEC+” bazar şəraitindən asılı olaraq hasilatı bərpa etmək qərarına yenidən baxılmasına icazə verib.
Xatırladaq ki, sentyabrın 9-a olan məlumatlara əsasən, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 % azalaraq 78,3 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 72,92 ABŞ dollarında qərarlaşıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi