lider-media.az

Ukrayna ilə bağlı danışıqlara kim ev sahibliyi edəcək?

Baxış: 423 Tarix: 5-09-2024, 15:33

 

“Avstriya Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır”. 


Lider-media.az xəbər verir ki, bunu Avstriyanın federal kansleri Karl Nehammer “X” sosial şəbəkəsində bildirib.


Nehammer Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarına hazır olması ilə bağlı bəyanatlarını şərh edib. Siyasətçi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mənzil-qərargahı Avstriyada yerləşdiyi üçün münaqişənin həlli yolunda danışıqlar aparmağa hazır olduğunu bəyan edib.
"Biz Rusiya prezidentinin Ukrayna ilə sülh danışıqlarına açıq olması ilə bağlı bəyanatlarını nəzərə alırıq" deyə kansler vurğulayıb. Onun fikrincə, danışıqlar ilkin şərt olmadan aparılmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi