lider-media.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Tarix: 5-09-2024, 10:51

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 47 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 76 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 285 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Cəza çəkmədən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası” üzrə:

1.2.1. adında “ərzaq” sözü “qida” sözü ilə, 5-ci və 6-cı hissələrdə “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

1.2.2. birinci abzasda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

1.2.3. 2-ci hissənin birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə, ikinci cümləsində “Ərzaq” sözü “Qida” sözü ilə əvəz edilsin.

2. “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 22 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 89) adından, ikinci abzasından, həmin Qərarla təsdiq edilmiş “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nın adından, “Qeydlər” hissəsinin 1-ci abzasından (hər iki halda) və 2-ci abzasından “(ərzaq)” sözü çıxarılsın.

 

 

Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 4 sentyabr 2024-cü il.

№ 392


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi