Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması ilə bağlı fəaliyyətin optimallaşdırılması, habelə bu sahədə yaranmış problemlərin və uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I); 2024, № 1, maddə 122, № 5 (II kitab), maddə 583) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2.4-cü yarımbənddən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri çıxarılsın.
2. 2.6-cı bənddən “və yük” sözləri çıxarılsın, “sadələşdirilmiş vergi” sözlərindən sonra “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları” sözləri, birinci halda “asılı olmayaraq” sözlərindən sonra “geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir” sözləri əlavə edilsin və həmin bənddə hər iki halda “və məcburi dövlət sosial” sözləri “, məcburi dövlət sosial sığorta və icbari tibbi” sözləri ilə əvəz edilsin.
3. 4-cü hissə üzrə:
3.1. 4.2.2-ci və 4.3.2-ci yarımbəndlər ləğv edilsin;
3.2. 4.2.4-cü və 4.3.4-cü yarımbəndlərə “yazılı” sözündən sonra “və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron” sözləri əlavə edilsin;
3.3. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.4. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, işsizlikdən sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin işsizlikdən sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.”;
3.4. 4.4-1-ci bənd ləğv edilsin;
3.5. 4.7-ci bənddə “və 4.2.2-ci yarımbəndləri” və “və 4.3.2-ci yarımbəndləri” sözləri “yarımbəndi” sözü ilə əvəz edilsin;
3.6. 4.11-ci bəndin birinci cümləsində “ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri” sözləri “yazılı ərizənin surəti və ya bu Qaydaların 4.2.4-cü və 4.3.4-cü yarımbəndlərinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri” sözləri ilə əvəz edilsin, həmin cümləyə “ödəmənin” sözündən sonra “müvafiq olaraq” sözləri əlavə olunsun və “müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Dövlət Sosial Müdafiə Fondu), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə (bundan sonra - Dövlət Məşğulluq Agentliyi)” sözləri ilə əvəz edilsin;
3.7. 4.12-ci bənddən “və işsizlikdən sığorta” sözləri çıxarılsın və həmin bənddə “isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların” sözləri “Dövlət Sosial Müdafiə Fondunun, işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilsin;
3.8. 4.14-cü bənddə “və 4.2.2-ci yarımbəndləri” və “və 4.3.2-ci yarımbəndləri” sözləri “yarımbəndi” sözü ilə, “sosial təminatı və müdafiəni həyata keçirən orqana” sözləri “Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Məşğulluq Agentliyinə” sözləri ilə əvəz edilsin.
4. 5-ci hissə üzrə:
4.1. adında “sosial təminatı və müdafiəni həyata keçirən orqanların” sözləri “Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilsin;
4.2. 5.1-ci bənddə “sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin;
4.3. 5.3-cü bəndin ikinci cümləsində “Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” və “sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin;
4.4. 5.4-cü bəndin birinci cümləsinə “orqanlara” sözündən sonra “vergilər üzrə” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsində “Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 3 sentyabr 2024-cü il.
№ 387