lider-media.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Tarix: 5-09-2024, 10:44

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda və 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli 52 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 may tarixli 247 nömrəli və 17 iyul tarixli 341 nömrəli qərarları) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 40-cı hissəsində “Yaşayış binalarının, o cümlədən mənzillərin” sözləri “Tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 950 (Cild I); 2024, № 2, maddə 229, № 3, maddə 336) ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.5-ci bəndində “İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və” sözləri “Tikinti obyektlərinin STTSAS-a” sözləri ilə əvəz edilsin.

 


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 3 sentyabr 2024-cü il.

№ 385


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi