lider-media.az

Kirayə mexanizmi çərçivəsində yeni mənzillər satışa çıxarılır

Baxış: 457 Tarix: 4-09-2024, 14:58

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Fonddan bildirilib ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır. Yeni mənzillər seçim üçün sentyabrın 11-dən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə https://mcgf.gov.az/menu/202 linki vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi