lider-media.az

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - RƏSMİ

Baxış: 327 Tarix: 4-09-2024, 16:45

 

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.


Lider-media.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 13.9-20.7 m/san (sarı xəbərdarlığa uyğun olaraq) təşkil edəcək.
Sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyan, Saatlı, Sabirabad, Ağsu, Balakən, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Astara, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvarda arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.
Həmçinin Gəncə, Goranboy, Naftalan rayonlarında isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir ki, bu da narıncı xəbərdarlığa uyğundur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi