lider-media.az

ABŞ Dövlət Departamenti Monqolustanla bağlı qərarını açıqladı

Baxış: 272 Tarix: 4-09-2024, 12:02

 

ABŞ Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməkdən imtina etdiyinə görə Monqolustanı dəstəkləyib. 


Lider-media.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib. 


Onun sözlərinə görə, Monqolustan enerji idxalından olduqca asılıdır. Çünki neft məhsullarının 95%-i və elektrik enerjisinin 20%-dən çoxu qonşu ölkələrdən gəlir. Bu təchizatlar monqol xalqı üçün həyati əhəmiyyət kəsb edir.
Miller deyib ki, ABŞ Monqolustanın düşdüyü vəziyyəti anlayır. Dövlət Departamenti hesab edir ki, Monqolustan iki böyük qonşu ölkənin – Rusiya və Çin arasında sıxışıb qalıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi