lider-media.az

Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı başa çatıb

Baxış: 628 Tarix: 3-09-2024, 20:07

Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyəçisən” təcrübə proqramının 1800-ə yaxın namizədi arasından seçilmiş 33 təcrübəçinin AMB-də 2 ay boyunca davam edən təlimi başa çatıb.

AMB-nin yaydığı məlumata istinadən Lider-media.az xəbər verir ki, təcrübə proqramının məzun günü münasibətilə keçirilən tədbir zamanı təcrübəçilər daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıblar.

Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırıb.

Məzun günündə Mərkəzi Bankın sədri Taleh Kazımov da tədbirdə iştirak edərək iştirakçılara ən səmimi arzularını çatdırıb, onları maraqlandıran sualları cavablandırıb. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səsləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi