lider-media.az

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

Baxış: 270 Tarix: 2-09-2024, 19:16

Elm və təhsil naziri Balakəndə vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 30-da Balakən şəhərində vətəndaşları qəbul edəcək.

Elm və Təhsil Nazirliyindən Lider-media.az-a verilən məlumata görə, qəbulda Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər. Həmin şəhər və rayonların sakinləri sentyabrın 15-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi