lider-media.az

Mask yenə “X”ı dəyişdi

Baxış: 388 Tarix: 2-09-2024, 09:56

Amerikalı sahibkar, milyarder İlon Mask “X” sosial şəbəkəsinin logosunu dəyişmək istədiyini açıqlayıb. 
Lider-media.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında paylaşım edib. 
Belə ki, Mask “X” üçün yeni logo dizaynını paylaşaraq izləyicilərindən bəyənib-bəyənmədiklərini soruşub. İnsanlar isə ona etiraz olaraq bildiriblər ki, onsuz da sosial şəbəkə bir dəfə dəyişib və bundan sonra baş verə biləcək hər hansısa dəyişiklik onların xoşuna gəlməyəcək.  
“X”dan əl çək. Qoy biz doğma sosial şəbəkəmizə rahatlıqla daxil olaq. Sənin (İlon Mask) etdiyin dəyişikliklərə görə minlərlə insan bu tətbiqdən üz döndərib” deyə onlar öz etirazlarını bildiriblər. 
Qeyd edək ki, Mask 2023-cü ildə “Twitter”in mavi quşlu loqosu ilə vidalaşaraq onu “X” ilə əvəz etmişdi. Artıq “x.com”un “twitter.com”a yönləndirildiyini bildirən milyarder, bunun müvəqqəti bir loqo olduğunu ifadə etmişdi. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi