lider-media.az

Xarkovda vəziyyət gərginləşdi

Baxış: 381 Tarix: 31-08-2024, 17:19

 
Avqustun 30-da rus qoşunlarının Ukraynanın Xarkov vilayətinə genişmiqyaslı hücumu nəticəsində 6 nəfər həlak olub.

Lider-media.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.  

Məlumata görə, hücum nəticəsində ümumilikdə 97 nəfər xəsarət alıb, onlardan 22-si uşaqdır.    

Bildirilir ki, ruslar avqustun 30-da Xarkova kütləvi hücuma keçiblər. Hücum zamanı hava bombalarından istifadə olunub. 

82 yaşayış binasına, 11 fərdi yaşayış evinə, üç inzibati binaya, iki təhsil müəssisəsinə, əllidən çox avtomobilə ziyan dəyib. 

Həlak olanlara görə Xarkovda matəm elan olunub. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi