lider-media.az

“Paris-2024”: Azərbaycan idmançısı Paralimpiya çempionu olub

Baxış: 189 Tarix: 31-08-2024, 11:02

“Paris-2024”: Azərbaycan idmançısı Paralimpiya çempionu olub

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Lider-media.az xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb.

Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız Paralimpiya çempionu olub.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi