lider-media.az

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - RƏSMİ

Tarix: 30-08-2024, 15:12

 

Sentybarın 1-3 tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.


Lider-media.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Quba, Qusar, Xızı, Ordubad, Culfa, Şərurda fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.
Həmçinin Siyəzən, Şabran, Xaçmaz rayonlarında fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu isə narıncı xəbərdarlıq deməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi