lider-media.az

XİN itkin düşmüş vətəndaşlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Baxış: 229 Tarix: 30-08-2024, 13:28

 

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.
Lider-media.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkar edilməsinə baxmayaraq, Ermənistan itkin düşən şəxslərin yerini açıqlamaqdan imtina edir.
"4000-ə yaxın insanın ailəsi onilliklərdir ki, əzizlərinin yolunu gözləyir. Yaxınları haqqında məlumat almaq onların təməl hüququdur. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır. Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək" deyə məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi