lider-media.az

Xankəndi şəhərinin sukanal sahələrində bərpa işləri aparılıb

Baxış: 205 Tarix: 29-08-2024, 16:57

Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb. Xankəndidə 2 sutəmizləyici qurğular kompleksi fəaliyyətdədir. 1 nömrəli kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 nömrəli kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Lider-media.az-a verilən məlumata görə, şəhərdə 10 subartezian quyusu mövcuddur. Sutəmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyata keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.

Agentlik Qarabağa qayıdan sakinlərin işlə təmin olunması işinə də öz töhfəsini verir. Belə ki, Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi