lider-media.az

ABŞ-da bu mövsüm azı 16 min insan qripdən dünyasını dəyişib

Baxış: 469 Tarix: 18-02-2024, 17:35

Birləşmiş Ştatlarda bu il mövsümi qripdən ən az 16 min nəfər dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin cümə günü dərc etdiyi məlumatda deyilir.

ABŞ-ın bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virusu səbəbindən uşaqlar arasında səkkiz ölüm hadisəsi baş verib. Mövsümün əvvəlindən isə həyatını itirən uşaqların sayı 82 nəfərə çatıb.

Son həftə ərzində 11 minə yaxın insan ağırlaşmış qrip diaqnozu ilə xəstəxanalara yerləşdirilib. ABŞ-ın səhiyyə xidmətləri hər kəsə illik qrip peyvəndi vurdurmağı tövsiyə edir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi