lider-media.az

Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq edilməyə başlandı

Baxış: 526 Tarix: 28-08-2024, 14:46

 

Bu gündən etibarən Mərakeş və Azərbaycan arasında vətəndaşların vizadan azad edilməsi haqqında sazişi rəsmi olaraq qüvvəyə minir.

Lider-media.az xəbər verir ki, bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.

Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.

Xatırladaq ki, bu il mayın 4-də iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu sazişi təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi