lider-media.az

Xaçmazda 379 kiloqram çətənə kolu aşkarlandı

Baxış: 265 Tarix: 28-08-2024, 09:36

 

Xaçmazda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.


Lider-media.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 


Bildirilib ki, əməliyyatlar nəticəsində rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.
Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.
Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi