lider-media.az

Baş prokuror Şəki rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak edib

Tarix: 27-08-2024, 13:09

  Avqustun 27-də Şəki rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

  Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. 

  Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. 

  Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.

  Digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşlarının, habelə *Beynəlxalq Prokurorlar Assosiasiyasının  Baş katibi Roel Donanın*da qatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev qeyd edib ki, milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

  Bildirilib ki, Şəki rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə təsadüf edir.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

  Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

  Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. 

  Daha sonra iştirakçılar Şəki rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

  Baş prokurora binanın işıqlandırılmasının bir hissəsini təmin etmək məqsədilə günəş panellərinin quraşdırıldığı, istifadəyə verilmiş yeni avtomobillərin isə elektrik mühərrikli olması barədə məlumat verilib.

  Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni xidməti avtomobillərə baxış keçirib. 

  Sonda xatirə fotoşəkli çəkilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi