lider-media.az

"Muxtariyyət kuboku"nda Türkiyə komandaları da iştirak edəcək

Baxış: 799 Tarix: 27-08-2024, 12:08

Naxçıvan şəhəri 4-7 sentyabr tarixlərində  yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birinciliyə ev sahibliyi edəcək.

Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunacaq yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional Voleybol klubları, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və "Naxçıvan" komandası iştirak edəcək. 

Yarış Azərbaycanın çoxəsirlik zəngin keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan, türk dünyası üçün strateji məkan olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi