lider-media.az

Texas Baydenin qərarlarına qarşı çıxdı

Baxış: 280 Tarix: 27-08-2024, 10:40

 

Texas məhkəməsi Bayden administrasiyasının ABŞ vətəndaşları ilə evli olan immiqrantlara hüquqi status verilməsi proqramını dayandırmaq qərarına gəlib. 


Lider-media.az xəbər verir ki, bu barədə “Associated Press” bölgə hakiminin qərarına istinadən məlumat yayıb.


Fərman nəticəsində təxminən 500 minə yaxın qeyri-qanuni miqrantın, eləcə də onların 50 minə yaxın övladının qanuni status ala bildiyi açıqlanıb. 
Texas rəsmiləri hesab edirlər ki, ştatda yaşayan çoxlu sayda qeyri-qanuni immiqrantlara görə hər il 10 milyonlarla dollar xərcləməli olurlar. Bunun fonunda, sənəddə hakim ştatların proqrama qarşı arqumentləri əsaslı adlandırılıb və onların daha diqqətli nəzərdən keçirilməsi tələb edilib.
Qeyd edək ki, iyunun 18-də Bayden Amerika vətəndaşları ilə nikahda olan və uzunmüddətdir ki, Birləşmiş Ştatlarda olan mühacirlərin hüquqi status alması prosesində dəyişikliklər etmişdi və daha da asanlaşdırmışdı. Texas məhkəməsi müvafiq fəramanı verməklə, prezidentin qərarına qarşı çıxıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi