lider-media.az

Sağlam və təmiz beyin üçün tövsiyə edilən qidaların adları açıqlandı

Baxış: 1 281 Tarix: 27-08-2024, 09:32

 

Gündəlik olaraq kiçik məşqlər və ya sevdiyiniz əyləncələri həyata keçirmək sağlam beyin üçün olduqca vacibdir. Lakin qida rasyonunuzda zərərli qidalar mövcuddursa, bu zaman bir sıra fəsadlar yarana bilər. 


Lider-media.az “Haber Türk”ə istinadən xəbər verir ki, beyin sağlamlığına qatqısı olan qidaları gündəlik olaraq istifadə etmək bir çox xəstəliyin qarşısını alır.
Bu qidalar arasında qaragilə ən başda gəlir. Tərkibindəki yüksək polifenol sayəsində qaragilə antioksidant qabiliyyəti ilə beyin sağlamlığını qorumaq potensialına malikdir. Xüsusilə, yaddaşI yaxşılaşdıra və Alzheimer xəstəliyinin inkişafını ləngidə bilər.


Bu siyahıya şübhəsiz ki, qoz da daxildir. Omeqa-3 yağ turşuları, polifenollar və E vitamini kimi qida maddələri ilə zəngin olan qoz beyin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bu qida maddələrinin birləşməsi neyrodegenerativ xəstəliklərin inkişafının qarşısını almaqda təsirlidir.
Zeytun yağı təkli doymamış yağ turşuları və antioksidantlarla zəngindir. İltihab əleyhinə təsirləri sayəsində beyin sağlamlığını dəstəkləyir və Alzheimer xəstəliyi riskini azaldır.


İspanaq fol turşusu və dəmir kimi qidalarla zəngindir. Fol beyin funksiyasını dəstəkləyir, dəmir isə beyin sağlamlığı üçün vacibdir.
Ən maraqlısı və diqqətçəkəni isə turşu kələmidir. Turşu kələm probiotik bakteriyalarla zəngin olduğuna görə, bağırsaq və beyin sağlamlığı arasındakı əlaqəyə müsbət təsir göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi