Xərçəng riskini azaltmağın yolları nələrdir?
Hər hansısa xroniki xəstəliyin, o cümlədən xərçəngin baş verməsi qeyri-sağlam həyat tərzinə görə baş verir.
Lider-media.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Xərçəng və ya digər xəstəliklərin qarşısını almaq üçün isə ilk növbədə siqaret və spirtli içkilərdən əl çəkmək lazımdır. Bunun əvəzinə sağlam qidalanmaq, çoxlu hərəkət etmək, çəki itirmək və təbii vitaminlər qəbul etməklə xərçəngin inkişaf riskini ciddi dərəcədə azalda bilərsiniz.
Ümumiyyətlə, xərçəngə yoluxma hallarının sayının artması bilavasitə emal olunmuş ətin (kolbasa, hisə verilmiş ət, fast food) istehlakı ilə bağlıdır. Pəhrizdə bu məhsulların miqdarını minimuma endirmək, təzə meyvə və tərəvəzlərlə əvəz etmək daha yaxşıdır.
Əlbəttə, steril şəraitdə yaşasaq, kristal təmiz su içsək, ən təmiz hava ilə nəfəs alsaq belə, bu, xəstələnməyəcəyimizə zəmanət verməyəcək, lakin sağlam həyat tərzi xəstələnməyin əhəmiyyətli dərəcədə qarşısını alır.
Bundan başqa, davamlı olaraq müayinələrə getmək də xəstəliyə qarşı ən yaxşı mübarizə üsuludur. Çünki erkən mərhələdə xəstəlikdən xəbərdar olmaq, müalicəyə vaxtında başlamağa kömək etməklə yanaşı, riskləri də azaldır.