lider-media.az

Banqladeşdə təbii fəlakət həyatı iflic etdi

Baxış: 485 Tarix: 26-08-2024, 15:45

 
Banqladeşdə aramsız yağan musson yağışlarından sonra yaşanan daşqınlar nəticəsində 20 nəfər həyatını itirib.


Lider-media.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 


Rəsmilər hadisənin 5,2 milyondan çox insana təsir etdiyini bildiriblər.


Məlumata görə, sel suları xilasetmə və yardım işlərinə mane törədib. Nəticədə ucqar ərazilərdə bir çox insan təcrid vəziyyətində qalıb, qida, təmiz su, dərman və quru paltara ehtiyac yaranıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi