lider-media.az

Tramp Ukraynadakı münaqişəni üç günə bitirə bilməz

Baxış: 385 Tarix: 26-08-2024, 09:54

 

ABŞ prezidenti Donald Tramp seçkilərdə qalib gələrsə, nə müsbətə doğru dəyişikliklər gözləməyə, nə də Ukraynadakı münaqişəni üç günə bitirmək vədini yerinə yetirməyə inanmaq lazım deyil. 


Lider-media.az xəbər verir ki, bu fikri “TASS”a danışan Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib.


Onun sözlərinə görə, bu sadəcə Qərbin illuziyasıdır. 


“Ümumiyyətlə Tramp necə 3 gündə müharibəni həll edə bilər axı? Nə deyəcək? Deyəcək ki, Putin, tez qoşunlarınızı çıxarın və yaxud da Zelenski, Ukraynanı iki yerə bölək?” deyə Stepaşin bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi