lider-media.az

İsrail üçün yenidən hücum təhıükəsi elan edildi

Baxış: 237 Tarix: 25-08-2024, 21:49

 

Yaxın günlərdə İsrail yenidən hücuma məruz qala bilər. Bu məlumat “Hizbullah”ın bugünkü zərbəsindən sonra ortaya çıxıb.

Lider-media.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb. 

Nəşrin məlumatına görə, bu gün səhər saatlarında baş verən “Hizbullah” hücumlarının birinci dalğasının ardınca Yaxın Şərqdə başqa bir qrup tərəfindən həyata keçirilən ikinci dalğanın gələcəyi gözlənilir.

Bildirilib ki, İsrailə növbəti hücum başqa ölkədən gözlənilir. 

“İsrailə cavab hücumlarının ikinci dalğasının başqa bir ölkədən gəlməsi gözlənilir” deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında “Hizbullah” İsrail ərazisinə hücum edib. Məlumata görə, İsrail istiqamətində 300-dən çox “Katyuşa” raketi atılıb. Eyni zamanda 11 hərbi obyekt vurulub. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi