lider-media.az

Bələdiyyələrdən deputatlığa namizəd şəxslərlə görüş keçirilib

Tarix: 23-08-2024, 14:31

 

Avqustun 23-də “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının həmtəsisçiləri deputatlığa namizəd olan bələdiyyə üzvü və qulluqçuları ilə görüş keçiriblər.

Lider-media.az xəbər verir ki, görüşdə Səbail, M.Ə.Rəsulzadə, Yasamal, Binəqədi, Nəsimi, Ramana və digər bələdiyyələrdən olan 20-yə yaxın üzv və qulluqçular iştirak ediblər.

Görüş zamanı seçkiqabağı təşviqat proseslərində namizədlərin fəaliyyəti, əhali ilə görüşlər və bir sıra maraq doğuran məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Namizədlər öz təkliflərini irəli sürüb, təşviqat prossesi haqqında şəxsi təəssüratlarını bölüşüblər.  

Qeyd edək ki, ümumulikdə, seçki marafonunda iştirak edən namizədlərdən 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü, 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir. Bundan başqa, 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi