lider-media.az

Bakı-Gəncə-Bakı istiqamətində yeni avtobuslar istifadəyə verilib

Baxış: 281 Tarix: 23-08-2024, 14:12

Bakı-Gəncə-Bakı istiqamətində yeni avtobuslar istifadəyə verilib

Marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı-Gəncə-Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb.

Lider-meder-az xəbər verir ki, AYNA-dan verilən məlumata görə, nəticələrə uyğun olaraq bu istiqamət üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Beləliklə, sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncə istiqamətində tam yeni “Man” və “Temsa” markalı avtobuslar xidmətə başlayıb. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi