lider-media.az

Avropa ölkəsinin 47 yaşlı şahzadəsi ordu sıralarına qatılıb

Baxış: 187 Tarix: 21-08-2024, 21:54

 
İsveç kralı XVI Karl Qustavın qızı, vəliəhd şahzadə Viktoriya orduya qatılıb.
Lider-media.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Avropa ölkəsinin taxt-tacının 47 yaşlı varisi avqustun 19-da zabitlər üçün xüsusi hazırlıq kursuna başlayıb. İsveç kral ailəsi açıqlamasında bildirib ki, şahzadə Viktoriya hərbi elm, taktika və strategiyanı daha dərindən anlamaq üçün təlim keçib.

“Bu təlim vəliəhd şahzadənin dövlət başçısı kimi gələcək missiyasına hazırlıq məqsədilə biliklərini genişləndirmək üzrə davam edən səylərinin bir hissəsidir”, - press-relizdə deyilir.

Şahzadə Viktoriya Karl XVI Qustav və Kraliça Silviyanın böyük qızıdır. 2003-cü ildə o, ilkin hərbi hazırlığı bitirib, 2022-ci ildə isə əvvəllər əldə etdiyi bilikləri təzələmək üçün yenidən hərbi təlim keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi