lider-media.az

“Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsi üçün müraciətlərin qəbuluna başlanılıb

Baxış: 464 Tarix: 21-08-2024, 16:24

“Sənaye 4.0 Hazırlıq Proqramı”nın pilot mərhələsi üçün müraciətlərin qəbuluna başlanılıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verib.

Lider-media.az mərkəzin yaydığı məlumata istinadən xəbər verir ki, proqramın məqsədi şirkətlərin “Sənaye 4.0” hazırlığına dəstək etmək və iqtisadi artıma nail olmaqdır. Tərəfdaş şirkətlər beynəlxalq ekspertlərin iştirakı ilə bacarıqların artırılması sessiyalarına cəlb olunacaq, S4HP çərçivəsində proqram tərəfdaşı kimi təsdiqlənmək imkanı əldə edəcəklər.

Proqram çərçivəsində “Sənaye 4.0” yetkinliyin qiymətləndirməsi hesabatının hazırlanması, “Sənaye 4.0” hazırlığının tətbiqi üçün yol xəritəsinin hazırlanması, inkişaf istiqamətləri üzrə təşəbbüslərin mərhələli yol xəritəsinin hazırlanması nəzərdə tutulur. Prioritetləşdirilmiş 8-10 təşəbbüsün həyata keçirilməsi ilə bağlı fəaliyyətlər, mərhələlər, əsas performans göstəriciləri (KPI), ehtimal olunan xərclər, əməkdaşlıq ediləcək texnologiya təminatçıları (zərurət yaranarsa) müəyyən ediləcək.

Müraciətlər avqustun 28-dək qəbul olunur. Seçilmiş tərəfdaşlarla sentyabrın ilk həftəsində əlaqə saxlanılacaq. 4SİM müraciət prosesinin və yaxud S4HP-nin şərtlərini dəyişdirmək hüququnu özündə saxlayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi